Türkiyədə 3 keçmiş futbolçu millət vəkili seçilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, Ünal Karaman, Saffet Sancaklı və Alpay Özalan, 28-ci dönəmdə Türkiyə Böyük Millət Məclisində yer alacaqlar.
AK Partiyadan İzmir 2-ci Bölgə millət vəkili namizədi Alpay Özalan seçkilərdə qalib gəlib.
MHP-də Kocaeli 1-ci millət vəkili namizədi Saffet Sancaklı da Türkiyə Böyük Millət Məclisində yer alacaq.
Məşqçi və keçmiş futbolçu Ünal Karaman da Konyada İYİ Partiyasının 1-ci namizədi olaraq girdiyi seçkidə millət vəkili seçilib.
Gülay