Xəbər lenti

“Universal Döyüş”çülərimiz növbəti Avropa çempionatında

17-23 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində Universal Döyüş idman növü üzrə növbəti Avropa çempionatı keçirilir. Bu barədə AİA.Az-a təqdim olunan açıqlamada bildirilir ki, bu mötəbər yarışda Azərbaycan yığma komandası 6 idmançı ilə ölkəmizi təmsil edəcək. Belə ki, gənclər arasında Sadiq Kərimov 50 kq və Elton Əhmədov 85 kq çəki dərəcələrində, böyüklər arasında isə Cavad Vəliyev 75 kq, Təbriz Seyidov 85 kq, Qəzənfər Namazov 90 kq və Mehman Hüseynov 95 kq çəki dərəcələrində Avropa çempionluğu uğrunda mübarizəyə qatılacaqlar.
Qeyd edək ki, Universal Döyüş idman növü üzrə Azərbaycanın yığma komandası Avropa çempionatında SSRİ İdman ustası, Əməkdar Məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Azər Həsənovun və məşqçi Yaqub İbrahimovun rəhbərliyi altında iştirak edir.

Mətbuata açıqlamalarında Azər Həsənov və Yaqub İbrahimov yetirmələrinin Avropa çempionatında ölkəmizi layiqincə təmsil edəcəklərinə əminliklərini ifadə ediblər.

Biz də öz növbəmizdə bütün idmançılarımıza uğurlar diləyirik və tezliklə onların qələbə sevinclərini qürurla paylaşacağımız günü səbirsizliklə gözləyirik!

16 Fevral 2024 "Qarabağ" "Braqa"nı səfərdə məğlub etdi
01 Dekabr 2023 UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda üz-üzə gələcək "Molde" (Molde) və "Qarabağ"ın start heyətləri bəlli olub.
01 Dekabr 2023 "Qarabağ" Norveçdə son dəqiqələrdə sevindi
03 Sentyabr 2023 İkardidən dubl, “Qalatasaray”dan qələbə - Video
02 Sentyabr 2023 Premyer Liqa: Lider "Qəbələ"nin, "Neftçi" "Sumqayıt"ın qonağı olacaq
15 May 2023 3 məşhur futbolçu millət vəkili seçildi
06 Aprel 2023 İyirmi səkkiz cüdoçumuz Avropada
14 Fevral 2023 Abşeron Olimpiya Kompleksində keçirilmiş əlbəyaxa döyüş növləri üzrə Respublika Turnirinin qalibləri müəyyən olundu -Fotolar
11 Fevral 2023 Abşeron Olimpiya Kompleksində əlbəyaxa döyüş növləri üzrə möhtəşəm Respublika Turniri keçiriləcək
27 Dekabr 2022 Mədət Quliyev nazirliyin tədbirinə qolusarğılı gəldi - Fotolar +Yenilənib
19 Dekabr 2022 DÇ-2022-nin ən yaxşı bombardiri odur
19 Dekabr 2022 Makron Mbappeyə belə təsəlli verdi
05 Dekabr 2022 İngiltərə Fransaya rəqib oldu
22 Noyabr 2022 DÇ-2022: Messi Səudiyyə Ərəbistanı millisinin qapısına ilk qolu vurdu - YENİLƏNİR
19 Noyabr 2022 “Qartal” idman klubuna yeni vitse-prezident təyin olundu -Fotolar
24 Oktyabr 2022 UEFA "Qarabağ" futbol klubundan reportaj hazırladı - VİDEO
24 Oktyabr 2022 “Universal Döyüş”çülərimiz Dünya Kubokunda yüksək nəticələr əldə ediblər -Fotolar
02 Sentyabr 2022 UEFA "Qarabağ"a böyük məbləğdə ödəniş edib
16 Avqust 2022 İslamiada: Elmar Qasımov finala yüksəlib
16 Avqust 2022 “Gənclik” metrostansiyası "Qarabağ"ın oyununa görə gücləndirilmiş iş rejiminə keçəcək
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov