"Qarabağ"da 14 illik fəaliyyətim, buraya sadiqliyim, məncə, klubun adı ilə bağlıdır". 

 

Gununxeberi.az BAKU.WS-ə istinadən xəbər verir ki, bu sözləri Avropanın nüfuzlu futbol qurumu olan UEFA-nın həftəlik gündəliyinə açıqlamasında klubun baş məşqçisi Qurban Qurbanov deyib.

2008-ci ildən etibarən komandaya rəhbərlik edən məşqçi buradakı uğurlarından danışarkən rəhbərliyin ona dəstəyini xüsusi vurğulayıb. O bildirib ki, "Barselona"nın futbol akademiyasında qazandığı təcrübənin də bu işdə böyük rolu var:

 

"Azərbaycan reallığında biz klub olaraq çox böyümüşük. Baxmayaraq ki, bunları gec əldə etmişik, ancaq biz həm Çempionlar Liqasının, həm Avroliqanın, həm də Konfrans Liqasının qruplarında çıxış etmişik. Bunların hər biri böyük təcrübədir".  

Daha sonra kameralar qarşısına klubun kapitanı Maksim Medvedyev keçib. Futbolçu bildirib ki, 19 ildir, bu klubun üzvüdür:

"Qarabağ" mənim həyatımdır. Karyerama buradan başlamışam. "Kapitan sarğısı" da mənə həvalə olunub. "Qarabağ"ın hər bir oyunçusu klubun əhəmiyyətini anlayır. Komandamıza qoşulan hər kəsə bunun millət və xalq üçün nə demək olduğunu bildiririk. Onlar hansı klubu təmsil etdiklərini çox yaxşı başa düşürlər. "Qarabağ"ın inkişafında Qurban Qurbanovun böyük rolu var".

UEFA-nın həftəlik jurnalında baş məşqçimiz Qurban Qurbanov, komandanın kapitanı Maksim Medvedevlə yanaşı Riçard Almeydanın da müsahibələri yer alıb. 

Daha ətraflı videoda:

 
BAKU.WS
VİDEO