Türkiyə Superliqasının 41 turunda maraqlı nəticələr qeydə alınıb.
“Fanatik” portalının məlumatna görə, çempionatın bitməsinə bir tur qalmış “Qalatasaray” xallarını lider “Beşiktaş”la eyniləşdirərək çempionluq şansı qazanıb.
Bu, son matçlarda “Beşiktaş”ın “Karagümrük”ə 1:2, “Fənərbağça”nın isə “Sivasspor”a eyni hesabla uduzması, əksinə “Qalatasaray”ın Dənizlidən 4:1 hesablı qalibiyyətlə ayrılmasından sonra baş verib.
Hazırda ilk iki pillədə qərarlaşmış “Qara qartallar” və “Aslanlar”ın 81 xalı var. “Fənərbağça” onlardan iki xal geri qalır. İlk dördlüyü isə 68 xala malik “Trabzonspor” tamamlayır.