Xəbər lenti



Dünən Qətərdə keçirilən dünya çempionatının final oyununda Argentina və Fransa milli komandaları üz-üzə gəlib. Penaltilərdə 4:2 hesabı ilə qələbə qazanan Argentina 3-cü dəfə dünya çempionu olub. Oyunu tribunadan izləyənlər arasında Fransa Prezidenti Emmanuel Makron da olub.Makron oyundan sonra stadiona enərək Fransa yığmasının futbolçuları ilə görüşüb.

Makronun Kilian Mbappeni təsəlli etdiyi görüntülər isə sosial mediada maraqla qarşılanıb. Belə ki, Fransa Prezidenti oyun zamanı xüsusilə fərqlənən Mbappeni qucaqlayaraq onu sakitləşdirməyə çalışıb.



Xəbər verdiyimiz kimi, İngiltərə dünya çempionatının 1/8 finalında Seneqalı 3:0 məğlub edərək növbəti mərhələyə adlayıb.

Böyük britaniyalılar 1/4 finalda Fransaya rəqib olub.

“Qartal” idman klubuna yeni vitse-prezident təyin olundu

“Qartal” peşəkar idman klubu Azərbaycanda 1998-ci ildən fəaliyyət göstərir. Klub 1998-ci ildə 6 qat dünya çempionu Hidayət İbrahimov tərəfindən təsis edilib və indiyə qədər ölkənin ən güclü idman klublarından biri kimi özünü doğruldur. 2003-cu ildən kluba Yaqub İbrahimov rəhbərlik edir. Klubun yetişdirdiyi idmançılar müxtəlif idman növləri üzrə dəfələrlə yüksək nəticələr əldə ediblər. 2003 – 2005-ci illərdə “Qartal” idman klubu Klublararası Dünya Kuboku Yarıshlarında ən fəal klub olaraq ən yüksək pillədə yer almışdır. 2011 – 2016-ci illər ərzində ardıcıl olaraq ilin ən yaxşı idman klubu seçilmişdir. Bu günə qədər klubda müxtəlif idman növləri üzrə 20-dən artıq dünya və Avropa çempionları, Azərbaycan çempionları və yığma komandanın tərkibində yer almış idmançılar yetişmişdir. Hazırda “Qartal” idman klubunun Bakı şəhərində 7 və ölkə üzrə 17 filialında ümumilikdə 300 nəfərdən çox idmançı qeydiyyatdan keçmişdir.

aia.az xəbər verir ki, bu günlərdə “Qartal” idman klubuna Elman Paşayev yeni vitse-prezident təyin edilib. Qeyd edək ki, Elman Paşayev idmanın peşəkar universal döyüş və MMA növləri ilə fəal şəkildə məşğul olur. Dəfələrlə reytinq yarışlarının qalibi olmuş və bu yarışlarda reytinq kəmərləri əldə etmişdir. Azərbaycan çempionu və dünya ikincisidir.

Biz də öz növbəmizdə Elman müəllimi bu yeni təyinat münasibətilə təbrik edir, ona yeni işində Azərbaycan idmanının inkişafı naminə daha yüksək uğur və nailiyyətlər arzulayırıq.

Tahir Həsənov
aia.az

 
 
 
 
 
 
“Universal Döyüş”çülərimiz Dünya Kubokunda yüksək nəticələr əldə ediblər

AİA.Az xəbər verir ki, 17-23 oktyabr 2022-ci il tarixlərində Türkiyənin Antalya şəhərində Unifayt (Universal döyüş) idman növü üzrə Dünya Kuboku yarışı keçirilib.


Bu mötəbər yarışda Universal döyüş üzrə Azərbaycanın milli yığma komandası 2 nəfər gənclər arasında və 4 nəfər böyüklər arasında olmaqla 6 idmançı ilə ölkəmizi təmsil ediblər. İdmançılarımız Dünya Kubokunda yüksək nəticələr əldə ediblər. Belə ki, gənclər arasında Sadiq Kərimov 50 kq və Elton Əhmədov 80 kq çəki dərəcələrində, böyüklər arasında isə Cavad Vəliyev 75 kq çəki dərəcəsində yarımfinala qədər yüksələrək 3-cü yerlərə sahib olublar.


Digər üç idmançımız, böyüklər arasında çıxış edən Təbriz Seyidov 85 kq, Qəzənfər Namazov 90 kq və Mehman Hüseynov 95 kq çəki dərəcələrində bütün rəqiblərinə qalib gələrək yarışın reytinq kəmərlərini əldə ediblər.


Qeyd edək ki, Universal Döyüş idman növü üzrə Azərbaycanın yığma komandası Dünya Kubokunda SSRİ İdman ustası, Əməkdar Məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Azər Həsənovun və məşqçi Yaqub İbrahimovun rəhbərliyi altında iştirak ediblər. Yığma komandaya “Repose Travel Baku” şirkəti tərəfindən sponsor dəstəyi göstərilmişdir.


Biz də öz növbəmizdə bütün idmançılarımızı qələbə münasibətilə təbrik edirik və onlara növbəti yarışlarda da yüksək nəticələr, parlaq qələbələr arzulayırıq!
 
 
 
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov