Xəbər lenti

“Biz zəif oynaya bilərik, inamlı olmaya bilərik, lakin biz meydandan döyüşsüz çıxa bilmərik”.

 

Bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının Macarıstanda “Ferentsvaroş” klubunu məğlub etməsindən sonra geyinib-soyunma otağında futbolçularla söhbəti zamanı deyib. Oyundan sonra qələbə çıxışı edən Qurbanov bunları söyləyib:

“Biz udmağı da, onu qeyd etməyi də bacarmalıyıq. Meydanda sadə, ürəkli və cəsarətli olmalıyıq. Belə də olmalıdır, çünki bu, “Qarabağ”dır. Çünki biz bütün ölkəni “Qarabağ”la təmsil edirik”.





“Qarabağ” çox yaxşı hazırlıqlı komandadır. Biz rəqiblərlə ilk oyundan sonra onları daha yaxşı tanıyırıq. Ola bilsin ki, buna görə cavab matçını daha yaxşı keçiririk. Ancaq bunun başqa xüsusi bir səbəbi yoxdur”.

AzVision.az xəbər verir ki, bu sözləri “Ferentsvaroş”un baş məşqçisi Stanislav Çerçesov Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”la keçiriləcək cavab oyunu öncəsi mətbuat konfransıda deyib.

Rusiyalı mütəxəssis zədəli futbolçuları barədə də danışıb: "Bu mövsüm artıq 6 rəsmi oyun keçirmişik. Bu üzdən zədəli futbolçunun olması normaldır. Ümid edirəm ki, zədəli oyunçularımız “Qarabağ”la matçda sərəncamımızda olacaq".

Çeçesov bildirib ki, sabahkı oyun tam fərqli olacaq: “Oyunun müəyyən anlarında deyil, 90 dəqiqə ərzində üstün olmaq istəyirik. Məqsədimiz sona qədər mübarizə aparmaq və hakimin final fitinə qədər gücdən düşməməkdir. Bakıdakı görüşdə topun daha çox “Qarabağ”da olması məsələsi artıq geridə qalıb. Sabahkı oyun tam yenidir. Bütün diqqətimizi cavab matçına yönəltmişik”.

Çerçesov oyunsonrası penaltilər seriyasına da hazırlaşdıqlarını etiraf edib: “Biz bütün variantlara hazırlaşmışıq”.

Qeyd edək ki, bu gün  Budapeştdə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk görüşdə 1:1 hesabı qeydə alınıb.

AzVision.az
Bakıda Universal Döyüş idman növü üzrə “Peşəkarlar Arasında Reytinq Yarışları” keçirildi

Məlum olduğu kimi, bu gün əlbəyaxa döyüş növləri bütün dünyada getdikcə populyarlığını artıran idman nölərindəndir. Təbii ki, Azərbaycanda da bu idman növünə böyük maraq vardır. Qeyd etmək lazımdır ki, Azərbaycan Universal Döyüş Federasiyasının məqsədyönlü və səmərəli fəaliyyəti ölkəmizdə əlbəyaxa döyüş növlərinə marağın artmasını daha da stimullaşdırır. Belə ki, SSRİ İdman ustası, Əməkdar Məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Azər Həsənovun rəhbərlik etdiyi bu federasiyanın idmançıları mütəmadi olaraq istər Azərbaycanda, istərsə də xarici ölkələrdə keçirilən mötəbər yarış və turnirlərdə əldə etdikləri qələbələrlə bütün Azərbaycan gəncliyi üçün əsl örnək olurlar.

Digər tərəfdən isə, Azərbaycan Universal Döyüş Federasiyası belə maraqlı yarış və turnirləri mütəmadi olaraq ölkəmizdə də keçirməklə əlbəyaxa döyüş növlərinin ən yüksək səviyyədə təbliğini də həyata keçirir. Belə möhtəşəm turnirlərdən biri də paytaxt Bakıda 17 iyul tarixində təşkil olunub. Azərbaycan Universal Döyüş Federasiyası, Azərbaycan Peşəkar Universal Döyüş Liqası və “Qartal” Peşəkar İdman Klubunun birgə layihəsi olan bu turnir Peşəkarlar Arasında Reytinq Yarışları xarakteri daşıyıb.

AİA.Az xəbər verir ki, 7 çəki dərəcəsi üzrə keçirilən yarışda 55 kq çəki dərəcəsində Babək Qəmbədov (“Qartal” PİK), 57 kq çəkidə Zəfər Abdulrəhmanov (Xaçmaz, “Əhməd Fight Club”), 60 kq çəkidə Məhəmmədəli Nuruşov (“Qartal” PİK Suraxanı filialı), 65 kq çəkidə Miradəm İbrahimov (Biləsuvar, “Zəfər” idman klubu), 70 kq çəkidə Məhəmməd Məhərrəmov (“Qartal” PİK Golden Ring filialı) bütün rəqiblərinə üstün gələrək qalib olmuşlar. Həmçinin xanım idmançılar arasında 42 kq çəki dərəcəsində Nərmin Orucova (“Golden Ring” Fight Club) yarışın qalibi olmuşdur. Turnirin qalibləri həmçinin növbəti beynəlxalq yarışlarda iştirak etmək hüququ verən lisenziya əldə etmişlər.

Qeyd edək ki, Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun rəhbərliyi və “Qartal” Peşəkar İdman Klubunun prezidenti Yaqub İbrahimovun təşkilatçılığı ilə keçirilən bu yarış “Kəhriz” sularının baş sponsorluğu və “Berg” enerji içkilərinin, “Academy Qalib Hazırlıq Kursları”nın, “Qartal” mühafizə xidmətinin, “Qartal” media-reklam şirkətinin, “Oksigen” klinikasının sponsorluqlari ilə baş tutub.

Universal Döyüş Federasiyasından aldığımız məlumata görə federasiyanın Peşəkar Universal Döyüş Liqası və “Qartal” Peşəkar İdman Klubu ilə müştərək layihələri davam edəcək və növbəti belə bir tədbirin artıq iyul ayının 31-də keçiriləcəyi nəzərdə tutulub.
 
 
 
 
 
 
Bakıda peşəkarlar arasında reytinq yarışları təşkil olunacaq

Bütün dünyada olduğu kimi, Azərbaycanda da əlbəyaxa döyüş növlərinə maraq getdikcə artır. Əlbəttə ki, Azərbaycan da bu yönümdə müxtəlif yarışlar keçirilir.

AİA.Az xəbər verirki,15-17 İyul 2022 - ci il tarixlərdə, Bakı şəhərində Azərbaycan Universal Döyüş Federasiyası və Qartal Peşəkar İdman Klubunun birgə layihəsi olan, Peşəkarlar Arasında Reytinq Yarışları təşkil olunur. Tədbir Kəhriz sularının baş sponsorluğu, və Academy Qalib Hazırlıq Kurslarının, Berq Enerji Içkilərinin, Oksigen Klinikasının, Qartal Mühafizə Xidmətinin, Qartal Media Reklam şirkətinin sponsorluqlari ilə həyata keçəcək.


Yarışın keçirilməsində Azərbaycan Universal Döyüş Federasiyasının fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Federasiyanın prezidenti, SSRİ İdman ustası, Əməkdar Məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Azər Həsənovun böyük əməyi olmuşdur.
Yarışa Azərbaycan idmançıları ilə yanaşı Türkiyə, Gürcüstan və İran idmançıları da qatılacaqlar.
Tədbiri dəfələrlə Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə və Qazaxıstanda peşəkar yarışları təşkil edən, peşəkar idman tədbirləri təşkilatçısı, Qartal Peşəkar İdman Klubunun Prezidenti Yaqub İbrahimovdur.
 
 
 
 
 


Tarixdə ilk dəfə Avropa çempionu olan minifutbol üzrə Azərbaycan yığması Bakıya qayıdıb.

 

Yığmamız azarkeşlər tərəfindən Heydər Əliyev adına Beynəlxalq Hava Limanında coşqu ilə qarşılanıb.

“Qafqazinfo”nun fotoqrafı Müzəffər İsmayılovun lentə aldığı rəngarəng fotoları təqdim edirik:

 

 
 


İtaliya futbol çempionatının hazırkı qalibi “Milan”ın sahibi dəyişib.

Bu barədə klubun rəsmi saytında məlumat verilib.

 

Artıq klubu ABŞ-ın “RedBird Capital Partners” investisiya fondu idarə edəcək.

Bundan əvvəl isə “Milan”ı “Elliott Management” fondu idarə edirdi. Bununla belə, o, minoritar səhmdar olaraq qalacaq.

Yeni müqavilə 1,2 milyard avro dəyərində qiymətləndirilir.

“Milan”ın yeni sahiblərinin nəzarəti altında transferi yayda baş tutacaq, müqavilənin yekun bağlanması isə 2022-ci ilin sentyabrından gec olmayaraq gözlənilir.

Azərbaycan idmançısı Nicat Əliyev Universal döyüş idman növü üzrə peşəkarlar arasında “Dünya kəməri”nə sahib olub

Bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da əlbəyaxa döyüş növlərinə maraq getdikcə artır. Əlbəttə ki, bu yönümdə Azərbaycan Universal Döyüş Federasiyasının fəaliyyəti xüsusilə qeyd olunmalıdır. Federasiyanın prezidenti, SSRİ İdman ustası, Əməkdar Məşqçi, Azərbaycan Respublikası Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Azər Həsənovun ciddi səyləri nəticəsində son vaxtlar ölkəmizdə əlbəyaxa döyüş növləri ilə məşğul olan idmançıların peşəkarlıq səviyyəsi də xeyli yüksəlmişdir.

Azərbaycan Universal Döyüş Federasiyasından AİA.Az-a verilən məlumata görə 26-30 may 2022-ci il tarixlərində Özbəkistanın Daşkənd şəhərində Universal döyüş idman növü üzrə növbəti dünya çempionatı keçirilib. Dünyanın 50-dən artıq ölkəsindən 700-dən çox idmançının qatıldığı bu çempionatda ölkəmiz 23 idmançı ilə təmsil olunub. Çempionatın gedişində, may ayının 28-də ilk dəfə olaraüq peşəkarlar arasında “Dünya kəməri” uğrunda döyüş keçirilib. Bu döyüşdə Azərbaycan idmançısı Nicat Əliyev və ABŞ təmsilçisi Cesse Smith üz-üzə gəliblər. Gərgin keçən döyüşdə həmyerlimiz inamlı qələbə qazanaraq “Dünya kəməri”nə sahib olub. Bu barədə mətbuata açqlama verən N.Əliyev bunları deyib: “Bu gün bütün azərbaycanlılar üçün xüsusi, əziz bir gündür. 28 May Azərbaycan Respublikasının müstəqillik günüdür. Əlbəttə ki, “Dünya kəməri” uğrunda döyüşün məhz bu gün keçirilməsi mənə əlavə stimul verdi. Mənim üçün xüsusilə əlamətdar oldu ki, dövlətimizin və xalqımızın bu şanlı və qürurlu günündə qalib gələrək dünya kəmərinə sahib oldum. Beləliklə, bu gün mənim üçün ikiqat bayram oldu. Bu qələbəmi isə bütün Azərbaycan xalqına və bu bayramı bizə qeyd etməyi nəsib edən bütün şəhidlərimizin xatirəsinə həsr edirəm. Həmçinin fürsətdən istifadə edib bu yarışda mənə iştirak etmək imkanını yaratdıqları üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin rəhbərliyinə və şəxsən cənab nazir Vilayət Eyvazova dərin minnətdarlığımı bildirirəm.”

Qeyd edək ki, Əliyev Nicat İlqar oğlu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşıdır. İdmançımız Universal döyüş idman növü üzrə 5 qat dünya çempionu, 6 qat Avropa çempionu, Dünya oyunlarının qalibi, Asiya kəmərinin sahibi, Dünya kubokunun qalibi, Əməkdar idman ustası kimi fəxri ad və titulların sahibidir.

Biz də bu yüksək nailiyyət münasibətilə Nicat Əliyevi və bütün idmansevərlərimizi ürəkdən təbrik edirik!
 
 
 
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov