Xəbər lenti

Cəbhədən xəbər var
 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

Azərbaycan Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım kəndində yerləşən mövqelərimiz atəşə tutulub.

Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Novruzlu, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər və Ağdam rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.


Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirliyin nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına işgüzar səfərə gedəcək.

Ardını oxu...

Rumıniya ordusu "Kalaşnikov" avtomatlarından imtina edir.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rumıniya İqtisadiyyat naziri Nikolaye Bedeleu deyib.

Onun sözlərinə görə, Kalaşnikovlar yerinə rumın ordusu İtaliya avtomatları ilə təchiz ediləcək. Bu avtomatların ARX-160 olacağı və onları İtaliyanın “Beretta” şirkətinin Rumıniyanın Plopen şəhərindəki zavodda hazırlayacağı vurğulanıb.

Bedeleu Rumıniyanın Kalaşnikovlardan NATO standartlarına uyğunluq üçün imtina edəcəyini bildirib.

Cəbhədə GƏRGİN GECƏ
 

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub.

Ardını oxu...

Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Pakistan İslam Respublikasında rəsmi səfərdə olan Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənov bu gün Birləşmiş Qərargah rəisləri Komitəsinin sədri general Zübair Mahmud Həyat ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Pakistan arasında təhlükəsizlik, müdafiə, hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində, eləcə də terrorizmə qarşı mübarizədə əməkdaşlığın daha da inkişaf etdirilməsi, döyüş hazırlığı, ekspert qrupları səviyyəsində qarşılıqlı səfərlərin təşkili, iki ölkə ordularının bütün qoşun növləri arasında əlaqələrin genişləndirilməsi, habelə qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov