Rumıniya ordusu "Kalaşnikov" avtomatlarından imtina edir.
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rumıniya İqtisadiyyat naziri Nikolaye Bedeleu deyib.
Onun sözlərinə görə, Kalaşnikovlar yerinə rumın ordusu İtaliya avtomatları ilə təchiz ediləcək. Bu avtomatların ARX-160 olacağı və onları İtaliyanın “Beretta” şirkətinin Rumıniyanın Plopen şəhərindəki zavodda hazırlayacağı vurğulanıb.
Bedeleu Rumıniyanın Kalaşnikovlardan NATO standartlarına uyğunluq üçün imtina edəcəyini bildirib.