Ötən gün Türkiyəyə məxsus hərbi təyyarələr Yunanıstan hava məkanını 47 dəfə pozub.
Bizimaz.az xəbər verir ki, bu barədə məlumatı Yunanıstan Baş Qərərgah Rəhbərliyi yayıb.
Qərərgah rəhbərliyi bildirib ki, dünən müstəqillik gününü qeyd edən Yunanıstanın hava məkanında Türkiyəyə məxsus 8 hərbi təyyarə görülüb.
Qeyd edək ki, ötən gün Yunanıstan baş nazirinin helikopterini türk qırıcıların "müşayiət etməsi" barədə Afinanın yaydığı məlumatı Türkiyə təkzib etmişdi.