Rusiyanın Türkiyəyə verəcəyi S-400-lər müvəqqəti olaraq Azərbaycan ərazisində saxlanıla bilər.
Bizimaz.az xəbər verir ki, bu iddia ilə “Sabah” qəzetinin yazarı Okan Müdərrisoğlu çıxış edib.
“S-400-lərin təslim edilməsindən sonra onların Azərbaycan və Qətərdə saxlanılması məsələsi masadadır. “S-400-lər F-35-lərə risk yaratmayacaq şəkildə yerləşdirilir. S-400-lər alınar, başqa bir yerdə durar” yanaşmasından o tərəfə keçəcək həlli Ankaradan gözləmək həddən artıq optimistlik olar”, – deyə o bildirib.
“A Haber” televiziyası da məsələ ilə bağlı məlumat yayıb.
Qeyd edək ki, bundan öncə 100 Türkiyə hərbçisinə Azərbaycanda S-300 sistemlərinin öyrədiləcəyi haqqında məlumat yayılmışdı.