Rusiya “Xəncər” hipersonik raketlərinin sayəsində hərbi münaqişədə üstünlüyə malikdir, çünki indiyə qədər onlardan effektiv müdafiə vasitələri mövcud deyil. Məhz buna görə də “Xəncər”in sınaqları ABŞ-da təşvişə səbəb olur.
Bizimaz.az xəbər verir ki, bu haqda “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.
“Məsələ ondadır ki, ABŞ-da hazırda prinsip etibarilə “Xəncər”dən müdafiə vasitəsi yoxdur. Belə vəziyyət Pentaqonu qane etmir və qorxulara səbəb olur, çünki hərbi münaqişənin istənilən variantı zamanı bu raketlər nəzərdə tutulmuş hədəfləri vura bilir”, - hərbi ekspert izah edib.
Ekspert bildirib ki, ABŞ öz təyyarədaşıyanlarını “Xəncər” raketlərindən qoruya bilməyəcək.
Onun sözlərinə görə, Rusiya raket kompleksinin inkişafı üzrə ABŞ və Böyük Britaniyanı qabaqlayaraq dünya lideridir.