“WarGonzo” internet layihəsi ilə tanınan, Qarabağdakı separatçıların mövqeyini dəstəkləyən rusiyalı hərbi jurnalist Semyon Peqovun ötən gün təqdim etdiyi videonun növbəti dəfə saxta olduğu müəyyənləşib.
Düşmənə atəş açdıqdan sonra mərdanə duruşu ilə hamının rəğbətini qazanaraq, yağıya göz dağı olmağı bacaran Vüsal Şahkərimov Azərbaycan döyüşçülərinin əsl gücünü nümayiş etdirdi.
Noyabrın 4-ü gün ərzində və 5-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin mövqelərini və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
Son günlər erməni silahlıları Azərbaycanın işğal olunmuş və cəbhə bölgəsində yerləşən ərazilərdə məqsədli şəkildə fosforlu silahlardan istifadə edirlər. Bu silahlarla ermənilər meşələrimizi yandırır, mülki obyektləri dağıdırlar.
Noyabrın 4-ü saat 08:05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də, Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutur.
Bu gün bölmələrimizin gördüyü tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarları məhv edilib.
Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan və Qapanlı kəndləri, Goranboy rayonun Yenikənd kəndi intensiv artilleriya atəşinə tutulur.