Xəbər lenti

 
 

“WarGonzo” internet layihəsi ilə tanınan, Qarabağdakı separatçıların mövqeyini dəstəkləyən rusiyalı hərbi jurnalist Semyon Peqovun ötən gün təqdim etdiyi videonun növbəti dəfə saxta olduğu müəyyənləşib.

 

“Caliber” S.Peqovun guya qondarma qurumun başçısı Araik Arutyunyanla görüşdüyünü iddia edən görüntüləri araşdırıb.

Araşdırma zamanı məlum olub ki, sözügedən videonun tarixi yoxdur və görüş hərbi əməliyyatların ilk günlərində çəkilib.

Bunu sübut edən iki əsas məqam var:

1. Əgər çəkiliş A.Arutyunyanın sağ olduğunu sübuta yetirmək məqsədilə aparılıbsa, niyə dialoqun gedişində çəkilişin məhz  A.Arutyunyanın öldürülməsindən sonrakı tarixə təsadüf edildiyi vurğulanmır?

2. Video çəkilişdən də aydın olur ki, görüş Qarabağda gedən əməliyyatların ilk dövründə çəkilib. S.Peqov Dağlıq Qarabağa niyə və hansı yolla gəldiyini danışır.

Qeyd olunan sual və əsaslı şübhələrdən belə bir nəticəyə gəlmək olar ki, A.Arutyunyan ya ölüb, ya da ağır yaralıdır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov