Xəbər lenti

Şəmkir rayonun Sarıtəpə kəndində qaynanasının evini yandıran və iki yaşlı oğlunun ölümünə səbəb olan Elmar Məsimovun ilkin ifadəsi məlum olub.


Bizimaz.az: BAKU.WS
-in bölgə muxbirinin verdiyi məlumata görə, E.Məsimov ilkin ifadəsində qeyd edib ki, hadisə zamanı sərxoş vəziytətdə olub.

Dəfələrlə keçmiş həyat yoldaşı ilə barışmaq istəyib, lakin Mətanət Məsimova buna razılıq verməyib.

Hadisəni də sərxoş halda törədib.

Bildirək ki, hadisə zamanı E.Məsimovanın iki yaşlı oğlu Nicat Məmmədov dünyasını dəyişib.

Keçmiş həyat yoldaşı M.Məsimova və qadının anası 1964-cü il təvəllüdlü Səltənət Məmmədova ağır yanıq xəsarətləri alıblar.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda Azərbaycan Respublikası Cinayyət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi açılıb, istintaq tədbirləri davam etdirilir. 


 

Ukraynanın Odessa şəhərindəki “Tokio-Star” hotelində yanğın baş verib.
 
TASS xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
 
Hadisə nəticəsində 8 nəfər ölüb, 10-u yaralanıb.
 
Yanğın hotelin ikinci mərtəbəsindən başlayıb və 1000 kvadratmetr sahəni əhatə edib.
 
Yanğının söndürülməsinə 65 yanğınsöndürən-xilasedici və 13 texnika cəlb olunub.
 
Hadisənin səbəbi hələ məlum deyil.(oxu.az)
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov