Bizimaz.az: BAKU.WS xəbər verir ki, bu barədə RİA "Novosti" məlumat yayıb.

Buna qədər Herson şəhər Məhkəməsi tankerin sərbəst buraxılması barədə qərar çıxarsa da, Apellyasiya Məhkəməsi bu qərarı ləğv edib.

Ukraynanın hüquq-mühafizə orqanlarının əməkdaşları 11 avqust tarixində neft məhsullarının qaçaqmalçılığında şübhəli bilinən gəmidə axtarış aparıb.
 
İddia olunur ki, "Mriya" tankeri 2015-ci ilin iyununda "Vilga" adı altında Rusiyanın Qara dənizdəki donanması üçün Sevastopol şəhərində yanacaq aparıb.

Ekspertlərin sözlərinə görə, gəmidə 17 heyət üzvü ola bilər, onların arasında ukraynalı, ruslar, gürcülər və azərbaycanlılar var.