Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Quba rayonunun İdrisli kəndi yaxınlığında quru ot və kol-kos yanması barədə məlumat daxil olub.
Bizimaz.az: Publika.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.
Əlavə məlumat veriləcək.