Bakının Mərdəkan qəsəbəsindəki Qaranquş sanatoriyasında məskunlaşmış şuşalı məcburi köçkün 34 yaşlı Samir Dəmirov "Modern Hospital" klinikasında həkim Taryel Ömərov tərəfindən mədə kiçiltmə əməliyyatı olunandan bir ay sonra dünyasını dəyişib. Faktla bağlı Səbail Rayon Prokurorluğu tərəfindən araşdırmalara başlanılıb. Mərhumun yaxınları iddia edirlər ki, ölümə məhz həkim səhvi səbəb olub.