Xəzər rayonu Binə qəsəbəsində 160 saylı avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanların biri dünyasını dəyişib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədovanın verdiyi məlumata görə, 1 nəfər dünyasını dəyişib.
Bizimaz.az: 3 saylı Şəhər Klinik Xəstəxanasından verilən məlumata görə, hadisə nəticəsində dünyasını dəyişən azyaşlı oğlandır.
Hazırda 20 nəfər xəstəxanaya daxil olub, vəziyyətləri ağırdır.
Səhiyyə Nazirliyinin mətbuat xidməti hadisə yerinə 10 təcili tibbi yardım briqadası cəlb edildiyini bildirib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirov sözlərinə görə, xəsarət alanların 7-si qadın, 10-u kişi, 3-ü uşaq olub. Xəsarət alan uşaqlardan biri xəstəxanaya gətirilərkən yolda dünyasını dəyişib.