Xəbər lenti


2018-ci ilin 7 ayında gömrük orqanları tərəfindən əməliyyat-axtarış fəaliyyətinin və gömrük nəzarətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 5369 hüquqpozma faktı aşkar edilib.
Bizimaz.az:  bunu Dövlət Gömrük Komitəsinin, Əməliyyat-İstintaq Baş İdarəsinin rəis müavini, gömrük xidməti polkovniki Fikrət Ələsgərli deyib. 

Rəis müavini bildirib ki, 2018-ci ilin 7 ayı ərzində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar 137 fakt aşkar olunub. Onun sözlərinə görə, bu faktlar üzrə ümumilikdə 1 ton 14 kq 133 qram narkotik vasitələr aşkar edilib.

"2016-2018-ci il ərzində gömrük orqanları tərəfindən 2 ton 100 kq-a yaxın narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb"

F.Ələsgərli qeyd edib ki, aşkar edilən narkotik vasitələrin 90 faizi heroindir.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov