Xəbər lenti

 

 
Gürcüstanda 4,7 bal gücündə zəlzələ baş verib (YENİLƏNİB)

 

Gürcüstanda 4,7 maqnitudalı zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatında deyilir.

Yerli vaxtla saat 08:00-da baş vermiş zəlzələnin episentri paytaxt Tbilisi yaxınlığında qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat yoxdur.

xxx

08:28

 

Tbilisidən 6 km məsafədə Mtsxeta şəhəri yaxınlığında 4,4 maqnitudalı zəlzələ baş verib.

Trend xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzinin məlumatında deyilir.

Zəlzələnin episentri Norio kəndindən 2 km aralıda yerləşib. Yeraltı təkanların episentri 9 km dərinlikdə yerləşir. Yeraltı təkanlar yerli vaxtla saat 08:00-da (Bakı ilə eyni) qeydə alınıb.

Tələfat və dağıntılar barədə məlumat verilmir.

 

Göygöldə birmərtəbəli evdə yanğın olub

 

Göygöl rayonunun Mollacəlilli kəndində ümumi sahəsi 84 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 28 m² sahədə və dam örtüyü 15 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

 

 

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.



“Bolt” və “Uber” taksi şirkətləri ilə bağlı daxil olan müraciətlərin sayı çoxalıb”.

Bunu “Report”a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, 400-dən artıq taksi sürücüsünə neqativ fəaliyyəti ilə bağlı cinayət və inzibati xəta tərkibi yaradan əməllərə bağlı müvafiq tədbirlər görülüb:

“Bu istiqamətdə müvafiq tədbirlər davam etdirilir. Əsas diqqət ona yönəlib ki, nəqliyyat təsərrüfatında taksilərlə bağlı vətəndaş məmnunluğu təmin edilsin. Aidiyyəti dövlət qurumları ilə birgə kompleks işlər davam etdirilir”.



“Vətən müharibəsi zamanı Azərbaycanın şəhər və rayon ərazilərinə ümumilikdə təxminən 29 100 mərmi və 227 raket atılıb”.

Bunu Gəncədə səfərdə olan baş prokurorun birinci müavini Elçin Məmmədov deyib.

O bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhəri ilə yanaşı birbaşa mülki şəxslərin qətlə yetirilməsi, xüsusi ilə külli miqdarda əmlaklara ziyan vurulması məqsədi ilə Bərdə, Ağcabədi, Goranboy və s. rayonları da hədəfə alınıb.

Kənd yasda - 7 qadın dəfn edilir
 

Dünən saat 15:20 radələrində Lerikin Günəşli kəndi yaxınlığında baş vermiş ağır yol qəzası nəticəsində vəfat edən 8 qadının cənazəsi ailələrinə təhvil verilib.

Ardını oxu...

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov