2021-ci ildə Rusiyada daşınmaz əmlak bazarının liderləri gəlirlərini artırıblar.
Bizimaz.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalının son bir ildə dərc etdiyi “Rusiya daşınmaz əmlakının kralları” reytinqində bildirilib.
Reytinqdə birinci yeri “Kiyevskaya Ploşad” şirkətlər qrupunin sahibləri Qod Nisanov və Zaxar İliyev tutur. Onlar Rusiyada kommersiya daşınmaz əmlakının ən böyük sahiblərindən birincisidir. Bu şirkətlər qrupuna “Yevropeysky” ticarət və əyləncə mərkəzi, “Food City” kənd təsərrüfatı klasteri kimi layihələr daxildir.
Qod Nisanov və Zaxar İliyev Azərbaycandan olan yəhudi əsilli milyarderlərdi.
“Forbes” yazır ki, şirkətin icarə gəliri 2021-ci ildə 1,67 milyard dollar (2020-ci ildə 1,28 milyard dollar) olub.
Reytinqdə ikinci yerdə Samvel Karapetyanın “Taşir” şirkətlər qrupu tutur. Onun icarə gəliri, nəşrin məlumatına görə, 2021-ci ildə 615 milyon dollar (2020-ci ildə 585 milyon dollar) təşkil edib.
“Tashir” iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən tikinti, istehsal, maliyyə və enerji sektorları, pərakəndə satış və əyləncə sənayesində 200-dən çox şirkəti birləşdirir.
Reytinqdə üçüncü yeri 2021-ci il üçün icarə gəliri 510 milyon dollar (2020-ci ildə 460 milyon dollar) olan Mixail və Sait-Salam Qutseriyevlərin “Safmar” şirkətlər qrupu tutub. Qrupun ən böyük obyektləri “Moskva Marriott Grand Hotel” və “Kaleydoskope” ticarət mərkəzidir
İlk “beşlik”də 2021-ci ildə 385 milyon dollar gəlirlə “Krasnaya Roza” biznes dairəsini, “Danilovskaya” manufakturasını və “Rassvet” şirkətinin daxil olduğu “Gleden Invest” qrupu da yer alır. Sahibi Aleksandr Klyuçin olan “Gleden Invest” qrupu 2021-ci ildə 385 milyon dollar gəlir qazanıb.
Həmçinin, 45 ticarət mərkəzini idarə edən “İngka Centres” şirkəti 2021-ci il üçün 350 milyon dollar gəlir əldə etməklə Rusiyanın əmlakının krallarının siyahısına daxil olub.