Xəbər lenti


Xalq inancına görə, bu gecə - yanvarın 31-dən fevralın 1-nə keçən gecədən etibarən Azərbaycanda Böyük çillə başa çatır və Kiçik çillə başlayır.

 

Bizimaz.az  xatırladır ki, qədim türklər qış fəslini üç yerə bölüblər: Böyük çillə 40 gün, Kiçik çillə 20 gün və bundan sonra 30 günlük Boz ay gəlir.

"Çillə" - çətinlik, məşəqqət, üzüntü, sıxıntı, ağırlıq gətirən ifadədir.

Qeyd edək ki, dekabr ayının 21-dən 22-nə keçən gecə Azərbaycanın müxtəlif bölgələrində "Böyük çillə" mərasimi keçirilir. Böyük çillə təxminən yanvarın 31-i bitir. Daha mülayim olan Böyük çillədən fərqli olaraq, Kiçik çillədə havalar sərt şaxtalarla müşahidə olunur. Sərt soyuğuna görə Kiçik çillə mifologiyada amansız, həyatı donduran, qorxulu bir qüvvə kimi təsvir olunur. Kiçik çillə 20 gün davam edir. Ondan sonra Boz ay başlayır. Boz ay isə Novruz bayramı ilə bitir. Yaşı min illərə çatan bu mərasim həm də insanları qışda keçən mülayim havaya aldanmamağa çağırır.

 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov