Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikasının rəhbəri Rəşid Temrezovun başçılıq etdiyi nümayəndə heyəti fevralın 1-də Azərbaycana gələcək.
Bizimaz.az bildirir ki, Bu barədə İqtisadiyyat nairliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev məlumat verib.
Səfər çərçivəsində görüşlər keçiriləcək, ölkəmizlə Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası arasında iqtisadi əməkdaşlığın hazırkı vəziyyəti və genişləndirilməsi imkanları müzakirə ediləcək.
Qaraçay-Çərkəz Respublikası nümayəndə heyəti səfər zamanı bir sıra müəssisələrdə də olacaq.