Xəbər lenti

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusunda mətbuat konfransı keçirilib.

 

Bizimaz.az xəbər verir ki, nazirliyin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev çıxışında övladlığa götürmə prosesinin ciddi bir məsələ olduğunu bildirib.

“Bununla bağlı nazirlikdə yaradılmış İşçi Qrupu fəaliyyət göstərir. Həmin İşçi Qrupu dövlət qurumları ilə əməkdaşlıq edib, psixoloq və mütəxəssislərlə görüşlər keçirib. Bundan başqa, beynəlxalq təcrübədən də yararlanıb. Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürmə prosesində ailələrə yardım da nəzərdə tutulur.

Övladlığa götürmə prosesində 3 qurum iştirak edir: 3 yaşdan aşağı uşaqlarla Səhiyyə Nazirliyi, 3 yaşdan yuxarı ilə Təhsil Nazirliyi, vətəndaşlığı olmayan uşaqlarla isə Ailə, Qadın və Uşaq Komitəsi məşğul olur. Əvvəl insanlar övladlıq götürmək üçün 10 addım atırdısa, yeni sistemlə bu say azalacaq. İyunun 1-dən alt sistemin tətbiqi nəzərdə tutulur.

Övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məqsədilə həmin ailələrdə monitorinqlər aparılacaq. Ailənin mənzil şəraitindən, maddi durumundan tutmuş, ailə üzvlərinin xəstəliklərinə qədər araşdırılacaq. Övladlığa götürülən uşağa 18 yaşına qədər nazirliyin ciddi nəzarəti olacaq”, - nazirlik rəsmisi bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan Respublikası Prezidenti İlham Əliyev övladlığa götürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalamışdı.



© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov