Sabahdan etibarən məktəblilər dərsə getməyəcək. 5 günlük qış tətili müddətində şagirdlər 6 gün evdə olacaqlar.
Bizimaz.az xəbər verir ki, təhsil nazirinin ümumtəhsil məktəblərinin 2018-2019-cu dərs ilinə aid tədris planlarının təsdiqinə görə, məktəblilərin qış tətili yanvarın 27-dən başlayır. Lakin sabah şənbə günü olduğuna görə şagirdlər artıq bugündən tətilə çıxmış olacaqlar.
Növbəti həftənin 5-ci günü, 1 fevral tarixində isə dərslər başlayacaq.
Onu da bildirək ki, hava şəraitinin kəskin pisləşməsi ilə əlaqədar yanvarın 17 və 18-də təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılmasının şagirdlərin qış tətilinin müddətinə təsir etməyəcək.