Xəbər lenti


Azərbaycanda valideyn himayəsindən məhrum olan uşaqların öz ailələrinə qaytarılması üçün onlara dəstək olunacaq.

 

Bizimaz.az Publika.az-a istinadən  xəbər verir ki, bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillərin sosial müdafiəsi siyasəti şöbəsinin müdiri Sabir Qocayev“Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi” mövzusunda mətbuat konfransında çıxışı zamanı deyib.

S.Qocayev bildirib ki, “Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentin Fərmanına əsasən bu sahədə bir çox səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib:

“Övladlığagötürmə sahəsində idarəetmə mexanizminin, valideyn himayəsindən məhrum olmuş və övladlığa götürülən uşaqların, habelə onları övladlığa götürməyi arzu edən şəxslərin uçotunun təkmilləşdirilməsi, eləcə də övladlığa götürmə prosesində şəffaflığın təmin edilməsi, övladlığa götürülmüş uşaqların yeni ailələrdə yaşaması və inkişafı prosesinə nəzarətin gücləndirilməsi məqsədilə övladlığagötürmə sahəsində dövlət siyasəti və məhz nazirlik tərəfindən icra ediləcək. Nazirliyə verilən səlahiyyətlərlə bağlı İşçi qrupu yaradılıb. Hazırda övladlığa götürmə ilə bağlı məşğul olan dövlət qurumları ilə görüş keçirib, beynəlxalq şirkətlərlə də danışıqlar aparılır. Məqsəd övladlığa götürmədə şəffaf xidmətin yaradılması, hər bir uşağın ilk növbədə ailələrinə qaytarılmasıdır. Ailələrə qaytarılma mümkün olmayanda uşaqların övladlığa verilməsi üçün addımlar atılacaq”.

Şöbə müdiri bildirib ki, övladlığa götürmə ilə bağlı qanunvericilik bazasında dəyişiklik ediləcək:

“Hazırda övladlığa götürmə prosesinə 3 mərkəzi icra hakimiyyəti orqanı- Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Ailə nəzarət edir. Fərmana əsasən nazirlikdə alt sistem yaradılacaq. Çünki hazırkı durumda hər üç qurumun özünün avtonom bazası var idi. Yeni alt sistem bütün orqanlar üzrə vahid uçot aparılacaq. Həm övladlığa götürənlər, həm də uşaqların məlumatı kağız daşıyıcıda deyil, elektron bazada olacaq. Bu gün övladlığa götürmək üçün insanlar 10 addım atırdısa, yeni sistemlə bu say azalacaq. İyunun 1-dən alt sistemin tətbiqi nəzərdə tutulur. Digər məsələ Ailə məcəlləsinə təkliflər hazırlanır, bu işlərin icrası üçün Vahid qərar paketi Nazirlər Kabineti tərəfindən təsdiq edilməlidir”.

Şöbə müdiri bildirib ki,bundan sonra övladlığa veriləndən sonra nəzarəti, övladlığa götürmə ilə bağlı qərar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən veriləcək.

“Növbəsi çatan valideynin uşaq seçməsindən fərqli olaraq valideyn olmağa uyğun olanlar seçiləcək. Eyni zamanda uşaqların da özünün seçim şansı olacaq. Uşaq üçün uyğun olan valideyndən bir neçəsi arasından ən uyğun olanı seçiləcək. Bir neçə aylıq sınaq müddətində uşaq ailədə yerləşdiriləcək. Nazirliyin əməkdaşları mütəmadi nəzarət edəcək. Uşaqlar 18 yaşına çatana qədər ailədə monitorinqlər aparılacaq”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov