“Kurikulum” sözünü haradan tapıb gətiriblər, başa düşmürəm. Vallah, bu sözü deyə bilmirik, deyəndə də az qalır ağzımız əyilsin.
Bizimaz.az Oxu.Az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin (MM) Elm və təhsil komitəsinin iclasında millət vəkili Ağacan Abiyev deyib.
O qeyd edib ki, bu məsələ təhsildə xaos yaradır:
“Biz bunu heç düz-əməlli başa düşə, düzgün deyə, tələffüz edə bilmirik, sıravi insanlar haradan bilsinlər, desinlər? Bu, xaosdur, “şum”dur... Ay müəllimlər, xahiş edirəm, bunu dilinizə gətirməyin”.