Xəbər lenti


Dövlət Gömrük Komitəsnin (DGK) əməkdaşı iş başında ölüb.

 

Bizimaz.az bildirir ki, Report-un məlumatına görə, hadisə bu gün səhər saatlarında qeydə alınıb. DGK-nın “Mazımçay” keçid məntəqəsinin yük daşınma şöbəsinin əməkdaşı, Zaqatala şəhər sakini, 1975-ci il təvəllüdlü Əli Əbülfəz oğlu Tanrıverdiyev Zaqatala şəhər ərazisində iritonnajlı yük maşınından anbara yükün boşaldılmasına nəzarət edən zaman qəfildən halı pisləşərək vəfat edib.

Ə.Tanrıverdiyevin ölümünün səbəblərinin müəyyənləşdirməkdən ötrü meyit Səhiyyə Nazırliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov