Rəsmi Ankaranın Suriyanın Afrin rayonunda həyata keçirilən “Zeytun budağı” əməliyyatı ilə bağlı Moskva ilə heç bir problemi yoxdur.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika ölkələrindən səfərdən qayıdan zaman təyyarədə jurnalistlərə açıqlamasında deyib.
“Afrin məsələsinə görə Rusiya ilə heç bir ziddiyyət yoxdur. Hələbdə müşahidə məntəqələrinin yaradılması ilə bağlı proses gedir. Səkkiz belə məntəqə artıq hazırdır. Gələcəkdə İstanbulda RF-Türkiyə-İran üçtərəfli sammitin keçirilməsi nəzərdə tutulub. Həmin sammitdə bütün məsələləri müzakirə edib qiymətləndirmək imkanı olacaq”.
Rusiyadan S-400 zenit raket komplekslərinin alınmasında danışan Ərdoğan bildirib ki, Türkiyə digər ölkələrdən daxili təhlükəsizliyin qorunması ilə bağlı məsləhət alan deyil.