Rusiya prezidenti Vladimir Putin müasir Rusiya tarixində yaşanmış bir hadisəni dəyişdirmək imkanı olsaydı, SSRİ-nin çöküşünü əngəlləmək istəyəcəyini açıqlayıb.
18 mart seçkilərindən öncə Kalininqradda seçiciləri ilə görüşən Rusiya lideri maraqlı açıqlamaları ilə yadda qalıb.
“Reuters”in xəbərinə görə, nüvə silahları ilə bağlı açıqlamalarından sonra Rusiya tarixində dəyişmək istəyəcəyi hadisə barədə suala cavab verib.
Xatırladaq ki, Putin 2005-ci ildə verdiyi bir reportajda SSRİ-nin süqutunu “dünyanın ən böyük geosiyasi fəlakəti” adlandırmışdı.