Azərbaycanda olan 5 milyon 309 min 434 səsvermə hüququ olan şəxsdən 59.78 faizi qadınlar, 49.22 faizi isə kişilərdir.
Bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Azərbaycanda mövcud olan seçki məntəqələrin ümumi sayı 5641-dir, ancaq 5 günlük yaradılan məntəqələr bura daxil deyil.
Ən yaşlı seçici Bərdə rayonunun 94 saylı dairəsində səs verəcək 1894-cü il təvəllüdlü Allahverdiyeva Səmərqədir.
Digər ən yaşlı kişi seçici isə Biləsuvar rayonunda 66 saylı dairədə səs verəcək 1900-cu il təvəllüdlü Qurbanov Səftərdir. Onun 118 yaşı var.