Əsas hədəfimiz Türkiyə sərhədinə yaxın əraziləri terrorçulardan təmizləmək idi və bunu da bacardıq.
Axar.az xəbər verir ki, bu barədə Afrində keçirilən “Zeytun budağı” əməliyyatında Türkiyə Silahlı Qüvvələri və ASO-ya dəstək verən türkman dəstələrinin komandirləri danışıb.
Türk əsgərinin Afrinin düzənlik ərazilərində dastan yazdığını və özlərinin də bu döyüşlərdə iştirakına görə qürur duyduqlarını bildirən türkman komandanlar terrorçuların əlindəki Raco və Cinderesin də tezliklə azad ediləcəyi müjdəsini veriblər.
Xatırladaq ki, türkman komandir Seyf Əbubəkirin rəhbərliyində 500 komandos Afrinə göndərilmişdi.