Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə ulu öndərin universitetin foyesindəki büstü önünə gül dəstəsi qoyub, xatirəsini yad ediblər.
Bizimaz.az xəbər verir ki, universitetin rektoru vəzifəsini icra edən, professor İradə Əliyeva Heydər Əliyevin müdrik və qətiyyətli siyasəti nəticəsində ölkəmizdə yaranan sabitlikdən, onun vətəni və xalqı üçün gördüyü nəhəng işlərdən, milli dövlətçilik ideyalarının gerçəkləşməsindəki əvəzsiz xidmətlərindən danışıb. O, son illər ölkəmizin elm və təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən bəhs edərək Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edib.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə çıxışında ulu öndərin hakimiyyəti dövründəki fəaliyyətindən danışıb.
Tədbirdə Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, tarix fakültəsinin dekanı, dosent Azad Rzayev çıxış ediblər.
Tədbir Heydər Əliyevin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə başa çatıb.