Xəbər lenti

4129422691544431454
“Bəzən intensiv hərbi əməliyyatların getdiyi dövrlərdə yaxınları əsir və girov götürülən, itkin düşən Azərbaycan vətəndaşlarının müəyyən hissəsi özfəaliyyətlə məşğul olaraq Gürcüstan ərazisinə gediblər, orada ermənilərlə danışıqlar aparıblar və nəticəsi də çox faciəli olub”.

 

Bizimaz.az xəbər verir ki, bunu Bakıda “Dağlıq Qarabağ münaqişəsi zamanı ermənilərin Azərbaycan xalqına və onun maddi-mədəniyyət abidələrinə qarşı cinayət əməlləri” mövzusunda keçirilən konfransda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.

O, əhalini diqqətli olmağa çağırıb. Bildirib ki, həmin şəxslərin özləri də girov götürülüb: “Bu, təəssüfedicidir. Həmişə vətəndaşlara bir şeyi təlqin edirik ki, heç vaxt dövlət orqanları ilə razılaşdırılmamış addım atmasınlar”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov