Xəbər lenti


Bakıda dövlət xəstəxanasına yerləşdirilən xəstə əməliyyatdan sonra iflic olub.
 
Bizimaz.az bildirir ki, Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə bu gün Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında baş verib. 
 
Belə ki, 1962-ci il təvəllüdlü Akif Paşayev prostat əməliyyatı keçirib. Xəstə əməliyyatdan iflic olub və  komaya düşüb. Hazırda A. Paşayev reanimasiyaya yerləşdirilib.  
 
Xəstənin yaxınları baş verən hadisədə həkimləri günahkar bilir:
 
Dünən A.Paşayev prostat əməliyyatı keçirib. Bu gün səhərə yaxın səhhəti kəskin pişləşdi. Bunun üçün səhər saat 07:00-də Ak.Mirqasımov adına Respublika Klinik Xəstəxanasından həkim çağrılsa da, nevropatoloq 3-4 saatdan sonra gəlib çıxıb. Həkim gəlib, əməliyyat etsə də xəstənin səhhətində heç bir irəliləyiş qeydə alınmayıb. Əksinə A.Paşayevin vəziyyəti daha da ağırlaşıb. Xəstə hazıda komadadır.
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov