Xəbər lenti


Bu gün müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti əsaslı təmirdən sonra istifadəyə verilən Əsaslı tikinti şöbəsinin inzibati binasının açılışında iştirak ediblər.
 
Bizimaz.az bildirir ki, Bu barədə Unikal.org-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
 
Müdafiə nazirinə məlumat verilib ki, mərkəzləşdirilmiş istilik sistemi, elektrik və su xətləri ilə təchiz edilmiş bina nəzarət, layihə, maliyyə və texniki bölmələr üçün nəzərdə tutulmuş xidməti və digər otaqlardan ibarətdir. Bütün otaqlar mebel və kommunikasiya xətləri ilə təmin olunub.
 
Binanın açılışından və ərazi ilə tanışlıqdan sonra müdafiə naziri hərbi qulluqçuların xidməti, sosial-məişət, mənzil istismar və kommunal şəraitlərinin daha da yaxşılaşdırılması ilə bağlı tapşırıqlar verib.
 
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov