Xəbər lenti


Rusiya Silahlı Qüvvələrinin Baş İdarəsinin (keçmiş adı Baş Kəşfiyyat İdarəsi, QRU – red.) rəhbəri general-polkovnik İqor Korobov 62 yaşında vəfat edib.

 

Bizimaz.az Axar.aza istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Onun uzun müddət davam edən ağır xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, Korobov 2016-cı ildən hərbi kəşfiyyata rəhbərlik edib. O, bu vəzifəyə QRU-nun eks-rəhbəri İqor Serqunun müəmmalı ölümündən sonra gətirilib.

***

Rusiya Silahlı Qüvvələrinin Baş İdarəsinin (keçmiş adı Baş Kəşfiyyat İdarəsi, QRU – red.) rəhbəri general-polkovnik İqor Korobovun ölümündən sonra onun səlahiyyətlərini müvəqqəti olaraq birinci müavin İqor Kostyukov icra edəcək.

Məlumata görə, Kostyukov eyni zamanda QRU rəhbərliyinə ən real namizəd kimi ön plana çıxır və sədr təyin ediləcəyi halda qurumun tarixində ona rəhbərlik etmiş ilk dənizçi kimi tarixə düşəcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov