Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad olunan Abel Məhərrəmovun general qardaşının da işdən çıxarılması xəbəri yayılıb.
Məlumatda qeyd olunub ki, A.Məhərəmovun qardaşı Rauf Məhərrəmov Ədliyyə Nazirliyi Kadrlar idarəsinin rəisi vəzifəsindən azad olunub. Bizimaz.az Milli.Aza istinadən xəbər verir ki, Nazirliyin Mətbuat Xidmətindən qafqazinfo-ya verilən açıqlamada xəbər təkzib edilib: "Həmin məlumatlar tamamilə uydurma olmaqla sensasiya xarakteri daşıyır və Rauf Məhərrəmov hazırda iş başındadır və öz vəzifəsini icra edir".