Xəbər lenti


Səhiyyə naziri Oqtay Şirəliyevin xalası qızı Qocalar evində yaşayır.
 
Bizimaz.az Unikal.org-un əldə etdiyi məlumata istinadən xəbər verir ki, Səhiyyə nazirinin 87 yaşlı xalası qızı Əminə Hüseynovadan nəvələri və yaxınları imtina edib. Buna görə də Əminə Hüseynova Bilgəh qəsəbəsində yerləşən Müharibə və əmək əlilləri üçün pansionat (Qocalar) evində qalır.
 
Bir müddət öncə açıqlama verən qadın bildirmişdi ki, qızı 57 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib. Qızının ölümündən sonra 2 nəvəsi qadından imtina edib. Sovet dövründə rəhbər vəzifələrdə çalışan yaşlı qadın hazırda həm də ürəyin işemik xəstəliyindən əziyyət çəkir. Əminə Hüseynova xəstəliyi ilə əlaqədar müalicə ala bilmədiyi və xəstəxanaya yerləşdirilmədiyi üçün  yeriyə bilmir.
 
Orxan Həsənli
 
 
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov