Xəbər lenti


Millət vəkili Qənirə Paşayeva İstanbulda “Ailə, dövlət və toplum” adlı konfrans keçirib.

 

Bizimaz.az Axar.aza istinadən  xəbər verir ki, millət vəkili Ənsar Vəqfinin və Üsküdar bələdiyyəsinin təşkilatçılığı ilə baş tutan konfransda türk dövlətlərinə və toplumlarına çağırış edib.

O, uşaqlara türk tarixinin öyrədilməsinin vacib olduğunu deyib.

“Uşaq ədəbiyyatının genişlənməsinə, məhz bu mövzular ətrafında proqram, film və teleserialların artırılmasına ehtiyac var. Gənclərin milli duyğu və düşüncə içində, savadlı böyüməsində ailə ilə yanaşı, cəmiyyətin üzərinə də öhdəliklər düşür”.

Deputat çıxışında Azərbaycanın və türk dünyasının ən böyük problemlərindən olan Qarabağın ermənilər tərəfindən işğalına da geniş yer ayırıb.

Tədbir çərçivəsində millət vəkili bir sıra QHT və KİV rəhbərləri, aydınlarla da görüşüb, geniş fikir mübadiləsi aparıb.

Millət vəkili eyni zamanda İstanbulda təhsil alan bir qrup azərbaycanlı tələbə ilə söhbət edərək onların qayğıları ilə maraqlanıb.

Q.Paşayeva daun sindromlu uşaqlara iş yeri imkanları yaradan “Təbəssüm kafesi”ndə olub, uşaqlar və qurumun rəsmiləri ilə görüşüb.

Deputat bu təcrübənin daha geniş şəkildə tətbiq edilməsinin vacibliyini qeyd edib, daun sindromlu uşaqlara və mərkəzə Azərbaycan mədəniyyəti ilə bağlı hədiyyələr təqdim edib. 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov