Xəbər verdiyimiz kimi, bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) N saylı hərbi hissəsində gənc əsgərlərin andiçmə mərasimi keçirilib.
Mərasimdə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev də iştirak edib. Andiçmədən sonra DTX hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli surətdə tribuna önündən keçid ediblər.
Bizimaz.az Unikal.orga istinadən xəbər verir ki, tribuna önündən keçid edən əsgərlər arasında Prezident İlham Əliyevin oğlu Heydər Əliyev də olub.