Ərdoğan və Ruhani Suriyanı müzakirə ediblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
Söhbət zamanı Suriya məsələsi ilə bağlı son vəziyyət müzakirə edilib.
Ərdoğan Suriya məsələsi ilə bağlı Soçidə keçirilən sammitin davamı olaraq növbəti görüşün İstanbulda keçirilməsinin nəzərdə tutulduğunu deyib.
Söhbət əsnasında həmçinin regional məsələlər, terrorizmlə mübarizə və təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.