Bu gün paytaxtın bir neçə qəsəbəsində, o cümlədən, Hövsanda ölkə prezidentinin yeni yaşıllıqların salınması ilə bağlı tövsiyə və göstərişlərinə uyğun olaraq ağac əkilməsinin təşviqi məqsədilə “Hər ailə ağac əksin” devizi altında 9 noyabr – Bayraq bayramı günündə vətəndaşlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən pulsuz ağac tingləri paylanıldı.
bizimaz.az: Aksiyaya maraq gözləniləndən də artıq oldu. Belə ki, saat 10-12 radələri arasında paylanılacağı deyilən ağac tinglərini almaq üçün vətəndaşlar ta saat 10-dan parkda öz aralarında növbə yaratmışdı. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xidməti maşını parka yaxınlaşanda vətəndaşlar növbə ilə irəli keçib hərə öz istəyinə uyğun ağac aldı.
Aksiyada iştirak edən hər bir vətəndaş belə təşəbbüsün tez-tez təkrarlanmasını arzu etdiklərini dilə gətirdi.