Bizimaz.az: Rafael Əvəz oğlu Əsədov 1952-ci il oktyabrın 27-də Gəncədə anadan olub. 1969-cu ildə orta məktəbi bitirdikdən sonra Tbilisi Ali Artilleriya Məktəbinə daxil olub. 1973-cü ildə hərbi məktəbi bitirərək, təhsilini
Sankt-Peterburq Нәгbi Artilleriya Akademiyasında davam etdirib. Təhsilini başa vurduqdan sonra
SSRİ Silahlı Qüvvələrinin tərkibində Macarıstan, Vyetnam və Əfqanıstanda qulluq edib. R.Əsədov 1991-ci ildən
Ağdam,
Goranboy,
Tovuz və
Gədəbəydə hərbi əməliyyatların fəal iştirakçısı olub. 1992-ci il noyabrın 12-də
Ağstafada əməliyyata hazırlıq zamanı döyüş mövqelərinə nəzarət edərkən, yaxınlıqda partlayan mərmi qəlpələrindən şəhid olub.
Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli, 202 saylı fərmanı ilə Əsədov Rafael Əvəz oğlu ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Ailəli idi. İki övladı var.
Elbrus Hacı oğlu Allahverdiyev1958-ci ildə oktyabrın 27-də Gəncə şəhərində anadan olub. O, 1992-ci ilin mayında leytenant rütbəsində könüllü olaraq cəbhəyə gedib,
Ağdamistiqamətində artilleriya batareysının komandiri kimi döyüşlərə başlayıb, sonra divizion komandiri olub, düşmənin onlarla qüvvəsi və texnikasını sıradan çıxarıb.
Ağdərəistiqamətində xüsusi sücaət göstərib. 1993-cü il iyunun 16-da
Ağdamın Şelli kəndi uğrunda gedən döyüşlərdə 3 dəfə düşmənin hücumlarını dəf edib, yaralanıb və şəhid olub.
Azərbaycan Respublikası
Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Allahverdiyev Elbrus Hacı oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Şəhərin küçələrindən biri onun adını daşıyır.
Ailəli idi. Üç övladı var.
İqor Vladimiroviç Makeyev 1971-ci il oktyabrın 27-də Gəncə şəhərində anadan olub. O, 1991-ci ildə könüllü olaraq cəbhəyə gedib,
Ağdam,
Tərtər,
Ağdərə istiqamətlərində sücaətlə vuruşub, 1992-ci il avqustun 2-də
Ağdərə rayonu ərazisində “Vışka” yüksəkliyi uğrunda döyüşdə pulemyotçu kimi axıra qədər vuruşub, 28 nəfərin mühasirədən çıxmasına şərait yaradıb və qəhrəmanlıqla şəhid olub.
Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Makeyev İqor Vladimiroviç ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb. Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Sadıllı qəsəbəsində adına küçə var.
Subay idi.