Bizimaz.az: Türkiyənin "Akşam" qəzetinə istinadən xəbər verir ki, açılış mərasiminə 8 min nəfər dəvət edilib. Aeroportun açılışını Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan edəcək.
Dəvətlilər arasında Azərbaycan prezidenti
İlham Əliyev də var.
Qətər, Pakistan, Albaniya, Qırğızıstan, Makedoniya, Moldova, Serbiya, Sudan, Bosniya və Hersoqovina, Bolqarıstan, Kosova və Şimali Kipr Türk Cümhuriyyəti liderləri də daxil olmaqla çoxlu sayda dövlət və hökumət nümayəndələri açılışa qatılacaq. Bu ölkələrin liderləri öz təyyarələri ilə
havalimanına eniş edəcəklər.
Tədbirə milli və beynəlxalq mükafatlı alimlər, mədəniyyət nümayəndələri, iş adamları və idmançılar da dəvət olunub.