Xəbər lenti

Prezident Laçında baş verənlərdən danışdı
 

 

“Ermənistan tərəfindən növbəti hərbi təxribat törədilib və Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisində baş vermiş bu təxribat nəticəsində hərbi qulluqçumuz həlak olub”.

 

Bizimaz.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fransa dövlət başçısı Emmanuel Makronla telefon danışığı zamanı bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını alıb, lazımi cavab tədbirləri görüb və baş vermiş gərginliyə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür.

Qeyd edək ki, avqustun 3-də Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərinin qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən intensiv atəşə tutulması nəticəsində əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub. Bundan sonra Azərbaycan Ordusu cavab tədbirləri görüb və Anar Kazımovun qisasını almaq üçün antiterror əməliyyatına başlayaraq Sarıbaba dağını nəzarətə götürüb. 

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov