“Düşmənin təxribat qüvvələri Kiyevə daxil olub. Paytaxtda öz xalqımla qalıram, ailəm də Ukraynadadır. Məlumat var ki, düşmən məni 1 nömrəli, ailəmi isə 2 nömrəli hədəf seçib”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa müraciətində deyib.
O, övladlarının da Ukraynada olduğunu bildirib:
“Amma indi haradadırlar - deməyə haqqım yoxdur. Rusiyanın hücumları nəticəsində Ukraynada 137 əsgər həlak olub, 116 əsgər isə yaralanıb. Biz tək qaldıq. Heç kim bizim üçün döyüşmək istəmir. Bizi NATO-ya qəbul etmək istəmirlər, təhlükəsizlik zəmanəti verməkdən qorxurlar. Bu gün 27 Avropa liderindən Ukraynanın NATO-ya üzv olub-olmayacağını soruşdum, birbaşa soruşdum. Hamı qorxur. Cavab vermirlər. Və biz heç nədən qorxmuruq. Biz Rusiyadan qorxmuruq. İndi ölkənin taleyi ordumuzdan və xalqımızdan, sizin müdrikliyinizdən və Ukraynanın bütün dostlarının böyük dəstəyindən asılıdır”.