Xəbər lenti



İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti "Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyini pozma əlamətləri üzrə iş qaldırıb.

Hit.az bu barədə Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumatda deyilir ki, ötən il dünyada baş vermiş qlobal qiymət artımı fonunda ölkəmizdə bir sıra ərzaq məhsullarının qiymətində dəyişiklik müşahidə edilir. Qiymət manipulyasiyalarının qarşısının alınması üçün Dövlət Xidməti bazarda antiinhisar qanunvericiliyinin tələblərinə əməl olunmasına nəzarət məqsədilə araşdırmalara başlayıb, yerli idxalçı müəssisələrə zəruri sənəd və məlumatların təqdim olunmasına dair sorğular göndərib.

Sorğulara əksər təsərrüfat subyektləri tərəfindən vaxtında cavab verilməsinə baxmayaraq, “Veysəloğlu” heç bir sənəd və məlumat təqdim etməyib. Bununla bağlı şirkət barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İşə baxılması nəticəsindən asılı olaraq, təsərrüfat subyekti barədə qanunauyğun tədbir görüləcək.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov