Xəbər lenti



“Qısa müddət ərzində Araik Arutyunyanın tutularaq istintaqa təqdim edilməsi və məhkəməyə çıxarılması təmin ediləcək”.

 

Bunu Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib. O bildirib ki, 2020-ci il Gəncədə əhalinin sıx məskunlaşdığı əraziyə edilmiş terror hücumlarına görə məsuliyyəti Arutyunyan öz üzərinə götürüb:

 “Gəncəyə olan hücum nəticəsində 26 şəxs qətlə yetirilmişdi. Araik Arutyunyan öz tvitter hesabında bu hücumu təşkil etdiyini bəyan etmişdi. Bu sübutlar əsasında Arutyunyanın təqsirləndirilən şəxs kimi Cinayət Məcəlləsinin 214 (terrorçuluq), 120 (qəsdən adam öldürmə) və digər maddələri ilə məsuliyyətə cəlb edilməsi barədə qərar verildi. İnanıram ki, onun hazırda sərbəst hərəkət etməsi müvəqqəti xarakter daşıyır.

Belə ki, Azərbaycan və Ermənistan terrorçuluğa qarşı mübarizə ilə bağlı beynəlxalq konvensiyanı ratifikasiya ediblər. İstənilən hüquq dövləti terrorçuluğa görə axtarışa verilmiş şəxsin tutulmasına və konvensiyanın tələblərinə riayət etməyə borcludur. Qısa müddət ərzində Araik Arutyunyanın istintaqa təqdim edilməsi və məhkəməyə çıxarılması təmin ediləcək”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov