Teymur Yusif oğlu Musayev Azərbaycanın səhiyyə naziri təyin edilib.
Bizimaz.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb.
Qeyd edək ki, T.Musayev 2021-ci ilin aprelin 23-dən səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri vəzifəsini müvəqqəti icra edən vəzifəsinə təyin olunmuşdu. Həmin dövrdən indiyədək o, səhiyyə nazirinin vəzifələrini icra edirdi.